Rusiyanın Ukraynada müharibə başlayandan sonra ölkəni tərk etmiş məşhurları (sənət adamlarını) onlara verilən ad və titullardan məhrum edəcəyi iddia olunub.
Bu barədə "Mash" teleqram kanalı məlumat yayıb. Bildirilib ki, ölkənin Mədəniyyət Nazirliyi tərəfindən müvafiq qanun layihəsi hazırlanmaq mərhələsindəndir.
Məsələ ilə bağlı açıqlama yayan nazirliyin mətbuat xidməti isə xəbərləri təkzib edib:
"Bu məlumat həqiqətə uyğun deyil. Belə mükafatların (titul və adların) verilməsi haqqında sərəncamın ləğvi qanunla tənzimlənir. Nazirlik bununla bağlı əlavə qanun layihəsi hazırlamır".
Qeyd edək ki, daha əvvəl çıxan məlumatlarda titulları ləğv ediləcəyi iddia olunanlar arasında Rusiyanın Xalq artisti Alla Puqaçova, həyat yoldaşı, şoumen Maksim Qalkin adı olduğu vurğulanmışdı. Bundan əvvəl, Qalkin Rusiyanın Ədliyyə Nazirlyi tərəfindən "xarici agent" kimi tanınıb.