Hindistanın Qucarat ştatının Savarkundla şəhərində şir üç yaşlı Nitin Rakeshbhai Mehdaya hücum edərək onu parçalayıb.
Hüquq-mühafizə orqanları oğlanı axtarışa verib. Tapılan meyitdə uşağın bədəninin bəzi hissələri olmayıb. Ehtimal olunur ki, aslan Mehdanı sürüyərək əzalarını qoparıb.
Meşə təsərrüfat işçiləri yırtıcını tutmaq ümidi ilə tələlər qurublar. Bununla belə, şir hələ də sərbəst dolaşır.
Daha əvvəl Qana zooparkında şir hasardan tullanaraq mühafizəçini parçalayıb.