​Azərbaycan və İran XİN başçıları telefonda danışıb

​Azərbaycan və İran XİN başçıları
23:00 30.10.2022
231 Siyasət
A- A+

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub.

Bu barədə “Report”a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Nazirlər regionda son zamanlar yaranmış vəziyyət, o cümlədən ikitərəfli gündəliyin aktual mövzuları üzrə fikir mübadiləsi aparıblar.

Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.