Çinin “Huawei” şirkəti smartfonların Rusiyaya birbaşa çatdırılmasını tamamilə dayandırıb.
Bu barədə bazar ertəsi “İzvestiya” qəzeti məlumat dərc edib.
Bildirilib ki, şirkət Rusiya bazarını tərk etmək qərarına gəlib. “Huawei” Rusiyaya planşetlər, noutbuklar, televizorlar və digər avadanlılar idxal etmir”, – deyə bildirilib.
“Telecom Daily”nin baş direktoru Denis Kuskov qəzetə bildirib ki, bəzi avadanlıqlar hələ də brendin rəsmi mağazasında satılır, lakin bunlar əvvəlki tədarüklərin qalıqlarıdır. Yeni partiyaların olmaması “Huawei” onlayn mağazasının bağlanmasına səbəb ola bilər.
Onun sözlərinə görə, şirkət öz işçilərini Qazaxıstan və Özbəkistana köçürüb və onlar yaxın gələcəkdə geri qayıtmayacaq.
Mənbə: TASS