​ “Twitter”in yaradıcısı yeni sosial şəbəkəsini sınaqdan keçirir

​ “Twitter”in yaradıcısı yeni sosial şəbəkəsini sınaqdan
09:36 31.10.2022
A- A+

“Twitter”in həmtəsisçisi Cek Dorsi “Bluesky Social” adlı yeni sosial şəbəkəsini elan edib.

Yeni yaranan sosial şəbəkənin əsas xüsusiyyəti “AT Protocol” alqoritmi əsasında mərkəzsizləşdirmə olacaq. Dorsinin yeni layihəsi həmkarlarından onunla fərqlənəcək ki, istifadəçilərə digər sosial şəbəkələrdəki hesab və məlumatlarını “Bluesky Social”a köçürməyə icazə veriləcək.

Sosial şəbəkənin mərkəzsizləşdirilməsinin təmin edilməsi və hesabların köçürülməsi funksiyası barədə təfərrüatlar açıqlanmır.

Xatırladaq ki, Dorsinin yeni layihəsinin işlərinə 2019-cu ildə başlanılıb. Hazırda sosial şəbəkə qapalı beta sınaq mərhələsindədir.

Mənbə: Gazeta.ru