​"Hələ beş il keçməyib” - Rusiya XİN

​
09:46 31.10.2022
208 Siyasət
A- A+

Rusiya Xarici İşlər Nazirliyi sülhməramlıların mandatının uzadılması ilə bağlı açıqlama verib.

Xarici işlər nazirinin müavini Andrey Rudenko, oktyabrın 31-də Soçidə keçiriləcək üçtərəfli sammitdə Paşinyanın imzalamağa hazır olduğu Qarabağdakı rus sülhməramlılarının mandatının 20 ilədək uzadılması məsələsinin müzakirə edilib-edilməyəcəyi ilə bağlı suala “Onun aydın mandatı var – beş il. Hələ beş il keçməyib”,- deyə bildirib.

O, bildirib ki, kontingent Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatına uyğun olaraq bu regionda yerləşdirilib.

Mənbə: TASS