​Həftəsonu yol qəzalarında 8 nəfər ölüb

​Həftəsonu yol qəzalarında 8 nəfər
10:05 31.10.2022
209 Hadisə
A- A+

Həftəsonu Azərbaycanda yol qəzalarında 8 nəfər ölüb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, oktyabrın 29-30-da respublikanın avtomobil yollarında ölümlə nəticələnən 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 8 nəfər ölüb, 7 nəfər isə xəsarət alıb.