​Bakıda məktəbliyə qarşı əxlaqsız hərəkətlər edilməsinə görə cinayət işi başlanıb

​Bakıda məktəbliyə qarşı əxlaqsız hərəkətlər edilməsinə görə
11:00 31.10.2022
223 Hadisə
A- A+

Nərimanov Rayon Polis İdarəsində oktyabrın 27-də rayon ərazisindəki orta məktəblərin birində məktəbliyə qarşı əxlaqsız hərəkətlər edilməsi barədə daxil olan məlumatla əlaqədar Cinayət Məcəlləsinin 153-cü maddəsi (Əxlaqsız hərəkətlər) ilə cinayət işi başlanılıb.

Bu barədə DİN-dən bildirilib. Məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən əvvəllər qəsdən adam öldürmə və quldurluq əməllərinə görə məhkum olunmuş Tərtər rayon sakini Sahil Həsənov müəyyən olunaraq saxlanılıb.