​Beynəlxalq səyyahlar Xudafərin körpüsündə olub

​Beynəlxalq səyyahlar Xudafərin körpüsündə
11:05 31.10.2022
225 Qarabağ
A- A+

Azərbaycanda üç günlük səfərdə olan “Türkiyə Səyyahlar Klubu” dərnəyinin-beynəlxalq səyyahların növbəti və son ünvanı Cəbrayıl rayonundakı Xudafərin körpüsü olub.

Səyyahlar həmçinin tarixi abidənin yanında yerləşən və ermənilərin dağıtdığı Tirə kəndini ziyarət ediblər.

Qonaqlara Xudafərin körpüsünün tarixi barədə məlumat verilib. Bildirilib ki, ermənilər abidəni 27 il işğal altında saxlayıblar. 2020-ci il oktyabrın 18-i Xudafərin körpüsünün və ətraf ərazilərin Ermənistan silahlı qüvvələrinin işğalından azad edildiyi diqqətə çatdırılıb.

Xatırladaq ki, səfər azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması sahəsində mühüm əhəmiyyət kəsb edir. Ötən bir ildə dünyanın 4 əsas beynəlxalq səyahətçilər şəbəkəsinin (ETIC, MTP, TCC, Nomanmaniya) hər birinin rəhbərləri və tanınmış üzvləri səviyyəsində Qarabağ və Şərqi Zəngəzura ümumilikdə, 4 dəfə böyük heyətlərlə səfərlər təşkil edilib. Hazırda sayca beşinci olan bu səfərlər nəticəsində 30-a yaxın ölkədən təxminən 200 beynəlxalq səyahətçi azad edilmiş ərazilərdəki vəhşiliklərlə, dağıntılarla, böyük bərpa və quruculuq işləri ilə yerində tanış olub. Bu isə Azərbaycanın illər ərzində məruz qaldığı vəhşiliyin dünya ictimaiyyətinə beynəlxalq səyahətçilərin gözləri ilə göstərilməsi baxımdan xüsusi əhəmiyyət kəsb edir.

Qeyd edək ki, bu dəfəki heyətə “Türkiyə Gəzginlər Klubu” dərnəyinin prezidenti, Nomadmaniyanın qlobal reytinqinə görə, dünyanın 50 əsas beynəlxalq səyahətçisindən biri hesab olunan Salman Arınc rəhbərlik edir.

Mənbə: Report