​İstanbulda Türk Tibb Dünyası Konqresi keçirilir

​İstanbulda Türk Tibb Dünyası Konqresi
11:40 31.10.2022
A- A+

İstanbulda Türk Tibb Dünyası Konqresi keçirilir.

Tədbir Türk Dövlətləri Təşkilatına üzv ölkələrinin səhiyyə nazirlərinin iştirakı ilə keçirilir. Konqres çərçivəsində “Tibb tarixinə Vəfa mükafatı”nın təqdimat mərasimi də baş tutacaq.

Qeyd edək ki, konqres çərçivəsində səhiyyə nazirlərinin iclası baş tutacaq, səhiyyə sahəsində əməkdaşlıq, birgə layihələr və günəmdəki digər məsələlər ətrafında müzakirələr aparılacaq. Eyni zamanda, növbəti konqresin keçiriləcəyi ölkə müəyyən ediləcək.

Üç gün davam edəcək beynəlxalq konqresdə “Pandemiya və peyvənd”, “Tədqiqat və inkişaf”, “Süni intellekt”, “Xərçəng” və digər mövzular ətrafında da fikir mübadiləsi aparılacaq.

Konqresin açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan nitq ilə çıxış edəcək. Azərbaycanı Konqresdə səhiyyə naziri Teymur Musayev təmsil edir.