​Azərbaycanlı hakim ilk dəfə Çempionlar Liqasının qrup mərhələsi oyununa təyinat alıb

​Azərbaycanlı hakim ilk dəfə Çempionlar Liqasının qrup mərhələsi oyununa
11:55 31.10.2022
176 İdman
A- A+

Azərbaycanın FIFA referisi Əliyar Ağayev ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsinin oyununa təyinat alıb.

35 yaşlı hakim Danimarkada “Kopenhagen” və Almaniyanın “Borussiya” (Dortmund) komandaları arasında keçiriləcək qrup mərhələsinin VI tur oyununu idarə edəcək.

Qeyd edək ki, noyabrın 2-də “Parken” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.