İlon Maskın idarəçiliyinə keçən “Twitter” mavi klik üçün istifadəçilərdən ayda 20 dollar tələb edəcək.
Məlumata əsasən, təsdiqlənmiş istifadəçilərin abunə olması və ya mavi klik işarəsini itirməsi üçün 90 günü olacaq.
Layihə üzərində işləyənlərə funksiyanı işə salmaq üçün noyabrın 7-nə qədər vaxtlarının olduğu, əks halda işdən çıxarılacaqları bildirilib. Eyni zamanda Mask bazar günü öz hesabında "Bütün yoxlama prosesi hazırda yenilənir”, - deyə yazıb.
Mənbə: Trt haber