​"Türk dövlətləri öz dərman və ləvazimatlarını istehsal edə bilməlidir" - Fahrettin Koca

​
12:40 31.10.2022
A- A+

Böyük Türk dünyasının bir hissəsi olan Azərbaycan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Qazaxıstan və Şimali Kipr Türk Respublikası ilə daha da güclüyük.

Bu barədə İstanbulda keçirilən Türk Tibb Dünyası Konqresində çıxışı zamanı Türkiyə səhiyyə naziri Fahrettin Koca bildirib.

O qeyd edib ki, pandemiya dövrü səhiyyə sahəsi ilə bərabər ölkələr arasında dostluğun da sınağı oldu: “Qardaş ölkələrimiz bu mübarizədə bizimlə birgə ən öndə oldular. Həm pandemiya, həm də Rusiya-Ukrayna müharibəsi səhiyyə sistemimizin güclü olmasının vacibliyini göstərdi. Ortaq hərəkət edərək, öz dərman və ləvazimatlarımızı istehsal edə biləcək bilən böyük bir ailə olmalıyıq. 20 ildə türk səhiyyə sisteminə edilən yatırımlar göz qabağındadır, şəhər xəstəxanalarımızda göstərdiyimiz xidmətlər dünya tərəfindən qibtə ilə izlənməkdədir”.

Mənbə: APA