Keçən həftə Çindəki Apple fabrikində COVID-19 hadisələri aşkar edildiyi üçün ölkənin "sıfır hal" siyasətinə uyğun olaraq bütün müəssisə karantinə alınıb.
Məlumata görə, bu müddət ərzində heç kimin içəri girməsinə və çıxmasına icazə verilməyib və qapalı dövrə istehsalına başlanıb.
300 min insanın çalışdığı fabrik şəhərciyinin metal baryerlərlə bağlandığı, bufetlərdə yemək yeməyə qadağa qoyulduğu, işçilərin yalnız müəyyən marşrutlardan istifadə edərək yataqxanalarına çatmasına icazə verildiyi iddia edilir.
Günlərlə fabrikdə qapalı saxlanılan işçilər fabrik divarlarından atlayaraq obyektdən qaçıblar. Burada çalışan Xia soyadlı 22 yaşlı işçi, müəssisənin yataqxanalarında “tam xaos” olduğunu və divardan tullanaraq istehsal müəssisəsindən qaçdıqlarını bildirib.
Mənbə: Tgrt haber