​Poçtdan pul və lotereya biletləri oğurlanıb

​Poçtdan pul və lotereya biletləri
12:45 31.10.2022
224 Hadisə
A- A+

Bakıda poçtdan oğurluq edilib.

Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 29-da rayon ərazisindəki poçtların birindən 1 040 manat pul və 2 600 manat dəyərində lotereya biletləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini İlqar Knyazov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.