​Erməni mediası Xankəndidəki mitinqin təşkilatçısının adını açıqladı – General Volkov

​Erməni mediası Xankəndidəki mitinqin təşkilatçısının adını açıqladı –
12:58 31.10.2022
219 Dünya
A- A+

Ötən gün Xankəndidə – Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında – separatçı qrupa dəstək aksiyası keçirilib.

Aksiyada könüllü-məcburi əsaslarla 15 minə qədər insan iştirak edib.

Ermənistan KİV-lərində, xüsusən də “Epress.am”da dərc olunan məlumatlara görə, mitinq Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandiri, general-mayor Andrey Volkovun təşəbbüsü ilə baş tutub.

Volkov bildirib ki, əgər Ermənistan nizamlanmanın Rusiya variantından imtina edərsə, sülhməramlı missiya Qarabağı tərk edəcək.

Mənbə: savash.org