ABŞ Müdafiə Nazirliyi Pentaqon Çinlə son gərginlikdən sonra B-52 bombardmançı təyyarələrini Avstraliyada yerləşdirməyi planlaşdırır.
Məlumata görə, ABŞ Okeaniya qitəsində hərbi addım atmağa hazırlaşır.
Avstraliya Müdafiə Nazirliyi məsələ ilə bağlı şərh verməyib. ABŞ Hərbi Hava Qüvvələri isə bildirib ki, "Avstraliyaya bombardmançıların yerləşdirilməsi qabiliyyəti düşmənlərimizə ölümcül hava gücümüz haqqında güclü mesaj göndərir".
Təhlilçilər bu addımın Tayvan adasının Çin tərəfindən işğal oluna biləcəyi ilə bağlı narahatlıqlar fonunda Pekinə xəbərdarlıq olduğunu bildirir.
Çinlə olan gərginlik Avstraliyanı ABŞ üçün çox mühüm müdafiə mərkəzinə çevirib. Buna görə də, bölgədəki hərbi mövcudluğun inkişafı üçün 1 milyard dollar xərcləmək öhdəliyi götürülmüşdü.
Mənbə: Reuters