Yaxın həftələrdə Avropa COVİD-19-a yoluxmaların yeni dalğası ilə üzləşə bilər.
Bu barədə Avropa Dərman Vasitələri Agentliyi xəbərdarlıq edib.
Agentlik pandemiyanın hələ bitmədiyini, virusun "omikron" variantının mutasiyasının davam etdiyini bildiriblər. Mütəxəssislər bəzi mutasiyaların digərlərindən daha çox narahatlıq doğurduğunu qeyd edirlər.
Bildiriblər ki, payız və qışda qrip və COVİD virusları eyni vaxtda yayılacaq. Bununla əlaqədar, avropalılara, xüsusilə risk qrupunda olanlara peyvənd olunmaq, profilaktik tədbirlər görmək tövsiyə edilir.
Mənbə: Euronews.com