"Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzində bir yox, bir neçə komissiya var".
Bunu İstanbulda jurnalistlərə açıqlamasında Azərbaycanın səhiyyə naziri Teymur Musayev bildirib. Onun sözlərinə görə, birinci komissiya beyin ölümü elmi komissiyasıdır:
“Beyin ölümünün meyarları müəyyən edilib və komissiyanın tərkibi müəyyənləşdirilib. Digəri orqan donorunun qiymətləndirilməsi komissiyasıdır və hər bir orqana aid ayrı-ayrı komissiya yaradılıb".
Mənbə: APA