​Putin 3 dublyordan istifadə edir – “Bir-birlərinə bənzəmək üçün…”

​Putin 3 dublyordan istifadə edir –
13:52 31.10.2022
297 Maraqlı
A- A+

“Vladimir Putin ona oxşamaq üçün plastik cərrahiyyə əməliyyatı etdirmiş ən azı üç dublyordan istifadə edir”.

Bunu Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin rəhbəri, general-mayor Kiril Budanov deyib.

Budanov bildirib ki, dublyorlar müharibədən öncə də “xüsusi hallarda” Putini əvəz ediblər: “Biz davamlı olaraq görünən bu üç nəfər haqqında xüsusi məlumatlara sahibik. Ola bilər ki, onların sayı daha çox olsun. Onlar bir-birilərinə bənzəmək üçün plastik əməliyyatlar etdirirlər”.

“Bu dublyorların özlərinə məxsus bir neçə xüsusiyyətləri var. Məsələn, boyları, jestləri və bədən dilləri fərqlidir. Çünki bunlar hər bir insan üçün unikal xüsusiyyətlərdir”,- deyə, Budanov bildirib.

Mənbə: Savash.org