​İran 11 milyon litr yanacaq daşıyan gəmini ələ keçirdi

​İran 11 milyon litr yanacaq daşıyan gəmini
14:12 31.10.2022
211 Dünya
A- A+

İranın Fars körfəzində “qaçaq yanacaq” daşıdığı səbəbi ilə xarici bayraqlı gəmini ələ keçirdiyi, gəminin kapitanı və heyətini saxladığı barədə məlumat yayılıb.

Məlumata görə, Hörmüzqan vilayətinin Ədliyyə Baş İdarəsinin rəisi Müctəba Qəhrəmani Fars körfəzində qaçaqmalçılıq yolu ilə 11 milyon litr qaçaq yanacaq yükləndiyi aşkarlanan gəmidə əməliyyat keçirildiyini bildirib.

Mənbə: Reuters