Cənubi Koreyalı müğənni və aktyor Li Ci Han Seulda keçirilən Hellovin şənliyində izdihamda əzilib ölüb.
153 nəfərin ölümü ilə nəticələnən hadisədə 20 yaşlarında çoxlu gənc həyatını itirib.
"Produce 101"-in 2-ci mövsümündə məşhurlaşan Ci Han da bu kütlənin adlarından biri idi.
Hanın idarəedici şirkəti olan "935 Entertainment"dən verilən açıqlamada Ci Hanın oktyabrın 29-da Itaevonda baş verən insidentdə öldüyü təsdiqlənib. Açıqlamada 24 yaşlı gənc müğənninin ailəsinin böyük ağrılar yaşadığı vurğulanıb.
Mənbə: Qazet.az