Almaniyanın xarici işlər naziri Baerbok Almaniya və Avropa İttifaqının İran İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı kimi təsnif etməyi nəzərdən keçirdiyini açıqlayıb.
Baerbok Almaniya və Aİ-nin İran İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı kimi təsnif etməyi nəzərdən keçirdiyini bildirib.
O, açıqlamasında, “Keçən həftə daha bir sanksiya paketi işə salacağımızı və İnqilab Keşikçilərini necə terror təşkilatı siyahısına sala biləcəyimizi araşdıracağımızı açıqladım” - deyib.
İran İnqilab Keşikçiləri Ordusu ABŞ Dövlət Departamentinin 2019-cu il aprelin 15-də ABŞ-ın keçmiş prezidenti Donald Trampın dövründə dərc etdiyi “xarici terror təşkilatları” siyahısına daxil edilmişdi.
Mənbə: Reuters