Yeni Zelandiya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.
Məlumata əsasən, Rusiyanın Ukraynaya hücumları davam etdiyi üçün Yeni Zelandiya 14 Rusiya və 7 qurumu sanksiya siyahısına əlavə edib.
Yeni Zelandiyanın xarici işlər naziri Nanaia Mahuta sanksiyaların Rusiyanın müdafiə və təhlükəsizlik sektorlarını hədəf aldığını ifadə edib. O, " Rusiyanın Ukraynada qanunsuz və ədalətsiz işğalı və təcavüzünün davam etməsi onun böyük hərbi sənaye şəbəkəsinə malik olması ilə mümkündür. Bu gün biz Ukraynanı dəstəkləmək üçün 14 nəfəri və 7 qurumu sanksiya siyahısına əlavə etdik. Siyahıya hərbi qulluqçular, müdafiə qurumları, idarəçilər, dezinformasiya təşkilatları, hərbiləşdirilmiş təşkilatlar və yüksək rütbəli komandirlər daxildir” - deyib.
Rusiya dezinformasiya edən mətbuat təşkilatlarına da sanksiya tətbiq ediləcəyini bildirən Mahuta, “Sanksiyalar çərçivəsində Rusiya dezinformasiyasını həyata keçirən “İnfoRos” Xəbər Agentliyi və Krım mərkəzli “NewsFront” da siyahıya daxil edilib” - deyə, əlavə edib.
Yeni Zelandiya indiyədək 1200-dən çox Rusiya fərd və qurumuna sanksiya tətbiq edib.
Mənbə: Tvzvezda.ru