​“Münaqişəni bitirmək lazımdır” - Putin

​“Münaqişəni bitirmək lazımdır” -
16:48 31.10.2022
241 Siyasət
A- A+

"Ermənistan rəhbərliyinin Dağlıq Qarabağ problemini həll etmək üçün siyasi iradəsi var". 

Bunu Rusiya prezidenti Vladimir Purin Soçidə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü açarkən deyib.

“Münaqişə onilliklərdir ki, davam edir və bitirmək lazımdır. Bilirəm ki, bunun üçün sizin siyasi iradəniz var. Biz bunu qətiyyətlə dəstəkləyirik. Biz irəli getməyə imkan verəcək əsas məqamları tapmalıyıq”, - deyə Putin bildirib.

O, bildirib ki, Soçidəki danışıqlar mövcud vəziyyəti müzakirə etmək üçün növbəti fürsət olacaq. Onun fikrincə, indi ən başlıcası sülhə nail olmaq və iqtisadi inkişaf üçün şərait yaratmaqdır: bu vəzifə həm də 2020-ci ilin noyabrında, hərbi əməliyyatları dayandırmaq lazım olan vaxt qarşıya qoyulub.

Rusiya Federasiyasının Prezidenti görüşün yekunlarına əsasən irəliləyişin mümkün olacağına ümid etdiyini bildirib.

Mənbə: RİA novosti