​"Bunu etməyə hər an hazırıq" - Paşinyan

​
17:30 31.10.2022
268 Siyasət
A- A+

“Ermənistan Rusiyanın təklif etdiyi prinsipləri dəstəkləyir”.

Ermənistanın Baş naziri Nikol Paşinyan Soçidə Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı belə deyib. O bildirib ki, İrəvan Ermənistan və Azərbaycan arasındakı regional nəqliyyat marşrutlarını istənilən vaxt açmağa hazırdır:
“Bir daha vurğulamaq istəyirəm ki, Azərbaycan ilə Ermənistan arasında dövlətlərarası əlaqələrin qurulması ilə bağlı Rusiyanın təklif etdiyi prinsiplərlə bağlı yanaşmalar bizim üçün məqbuldur. Ümid edirəm ki, üçlü görüşümüzün yekununa dair imzalayacağımız mümkün üçlü açıqlamanın mətnində bu sənədə istinad edilməsi barədə təklifi dəstəkləyəcksiniz”.

Mənbə: Metbuat.az