​Niderland səfiri Rusiya XİN-ə çağırılıb

​Niderland səfiri Rusiya XİN-ə
17:45 31.10.2022
247 Dünya
A- A+

Niderlandın Moskvadakı səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu il oktyabrın 20-də Britaniya kəşfiyyatının nümayəndəsi tərəfindən Rusiyanın Haaqadakı səfirliyinin hərbi attaşesinin məxfi əməkdaşlığa cəlb olunmasına cəhdlə bağlı səfirə kəskin etiraz bildirilib.

Söhbət zamanı vurğulanıb ki, bu cür təxribat xarakterli hərəkətlər yolverilməzdir, 1961-ci il Diplomatik münasibətlər haqqında Vyana Konvensiyasına ziddir və Rusiyanın xarici nümayəndəliklərinin normal fəaliyyətinə mane olur.

Rusiya tərəfi Niderland hakimiyyətini ikitərəfli münasibətlərin daha da pisləşməsinə gətirib çıxaran bu cür qeyri-dost hərəkətlərdən çəkinməyə çağırıb.

Mənbə: APA