​AYB-yə ayrılmış 203 min manatın hesabatı təqdim olunacaq - Nazirlik

​AYB-yə ayrılmış 203 min manatın hesabatı təqdim olunacaq -
20:00 31.10.2022
A- A+

Mədəniyyət Nazirliyi tərəfindən Yazıçılar Birliyinə ayrılmış olan 203 min manat vəsaitin hesabatı AYB tərəfindən bu ilin dekabrında rüblük hesabatda təqdim olunacaq.

Bu barədə Nazirlikdən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, hesabatda xərclərin istiqaməti əks olunacaq:

"Dekabrın sonunda veriləcək olan hesabatda məbləğin xərcləndiyi yerlər, istiqamətlər barədə məlumat öz əksini tapacaq".