​Mingəçevirdə 18 yaşlı sürücü piyadanı vuraraq öldürüb

​Mingəçevirdə 18 yaşlı sürücü piyadanı vuraraq
09:45 01.11.2022
201 Hadisə
A- A+

Mingəçevirdə ölümlə nəticələnən yol qəzası baş verib.

2004-cü il təvəllüdlü Bahadur Hüseynov idarə etdiyi "Ford Transit" markalı avtomobillə yolu keçmək istəyən 1992-ci il təvəllüdlü Əflatun Məhərrəmovu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.