​Yük gəmisi batdı: 12 nəfər itkin düşdü

​Yük gəmisi batdı:
09:48 01.11.2022
217 Dünya
A- A+

Panama bayrağı altında sement daşıyan yük gəmisi Tayvanın qərbində batıb.

Bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Məlumata əsasən, hadisə bazar ertəsi axşam saatlarında Çjanxua şəhərinin sularında baş verib. Hadisəyə səbəb gəminin əsas mühərrikində yaranan texniki nasazlıq olub. Qəza nəticəsində göyərtədə olan 17 nəfərdən 5-i xilas edilib, 12 nəfər isə itkin düşüb.

Axtarış-xilasetmə əməliyyatı aparmaq üçün bölgəyə Tayvan patrul gəmiləri göndərilib.

Mənbə: russia.postsen.com