​Hellouin şənliyində atışma: 14 nəfər yaralandı

​Hellouin şənliyində atışma:
10:28 01.11.2022
199 Dünya
A- A+

ABŞ-ın Çikaqo şəhərində Hellouin bayramı zamanı atışma baş verib.

Bu barədə “ABC” telekanalı yerli polisə istinadən məlumat yayıb.

Məlumatda bildirilib ki, hadisə nəticəsində azı 14 nəfər yaralanıb. Onlardan 11 nəfəri xəstəxanaya yerləşdirilib.

Zərərçəkənlərin vəziyyəti barədə isə hələ məlumat yoxdur. Hadisə yerinə 10 təcili yardım maşını göndərilib.

Mənbə: Dailymail.co