​Qazaxda 58 yaşlı kişi itkin düşdü

​Qazaxda 58 yaşlı kişi
11:10 01.11.2022
221 Hadisə
A- A+

Qazaxda 58 yaşlı kişi itkin düşüb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Qeyd olunub ki, Qazax rayonunun Aslanbəyli kənd sakini, 1964-cü il təvəllüdlü Oruc Nəsibov cari ilin aprel ayının 30-da yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb. Qurumdan O. Nəsibovun əlamətləri də bildirilib.

“Boyu 175-180 sm, sarışın, arıq bədən quruluşludur. "Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-295-14-97 şəhər və (050) 275-74-74 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur", - məlumatda qeyd edilib.