​Azərbaycanda dəhşətli qəza, avtomobil ağaca çırpıldı - Ölən var

​Azərbaycanda dəhşətli qəza, avtomobil ağaca çırpıldı -
11:35 01.11.2022
267 Hadisə
A- A+

Oktyabrın 31-də saat 21 radələrində Göyçay rayonunun Bəydövül kəndi ərazisində rayon sakini R.Ağayev idarə etdiyi “VAZ-21099” markalı avtomobili ağaca vurub.

Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Nəticədə sərnişini olan qardaşı Ziyaməddin hadisə yerində ölüb, sürücü və digər iki sərnişininə isə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.