​Sərhəddə 1 milyon manata yaxın qaçaqmal saxlanılıb

​Sərhəddə 1 milyon manata yaxın qaçaqmal
12:25 01.11.2022
215 Hadisə
A- A+

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən 2022-ci ilin sentyabr ayı ərzində qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində hə­ya­ta kеçirilən tədbirlər nəticəsində ümumi dəyəri təq­ribən 937 min 318 manat оlan qaçaqmal, о cümlədən spirtli içki və tütün məmulatları saxlanılıb.

Bu barədə DSX-nin Mətbuat Mərkəzi məlumat verir.

Qeyd edilib ki, ötən ay narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 39 kq 036 qram narkоtik vasitə, 759 ədəd psixotrop həblər aşkarlanaraq götürül­üb.