​Payız semestrində təhsil krediti alanların sayı açıqlanıb

​Payız semestrində təhsil krediti alanların sayı
13:00 01.11.2022
206 Sosial
A- A+

2022-2023 tədris ilinin payız semestrində Təhsil Tələbə Kreditindən yararlanan tələbələrin statistikası açıqlanıb.

Bu barədə Təhsil Tələbə Krediti Fondundan xəbər verilib.

Bildirilib ki, ümumilikdə 2951 tələbəyə kredit verilib.

Onlardan 1161 nəfəri sosial, 1790 nəfəri isə standart təhsil tələbə krediti alıb.