​Azərbaycanda son sutkanın koronavirus statistikası - RƏSMİ

​Azərbaycanda son sutkanın koronavirus statistikası -
16:38 01.11.2022
A- A+

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 60 yeni yoluxma faktı qeydə alınıb, 82 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 4 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 823 318 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 813 068 nəfər müalicə olunaraq sağalıb, 9 948 nəfər vəfat edib, aktiv xəstə sayı 302 nəfərdir.

Ölkədə son sutka ərzində 2 956, hazırkı dövrədək isə 7 323 276 test aparılıb.