​Azad olunmuş ərazilərdə ötən ay 1834 mina aşkarlanıb

​Azad olunmuş ərazilərdə ötən ay 1834 mina
17:14 01.11.2022
240 Hərbi
A- A+

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə aylıq məlumat açıqlayıb.

Oktyabrın 1-dən 31-dək olan dövrdə Tərtər, Kəlbəcər, Ağdam, Füzuli, Şuşa, Xocavənd, Xocalı, Laçın, Qubadlı, Cəbrayıl və Zəngilanda 1373 piyada əleyhinə mina, 461 tank əleyhinə mina və 2301 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 3246,2 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Mənbə: APA