​İran və Rusiya arasında 4 əməkdaşlıq sənədi imzalanıb

​İran və Rusiya arasında 4 əməkdaşlıq sənədi
18:57 01.11.2022
254 Siyasət
A- A+

İran və Rusiya arasında 4 əməkdaşlıq sənədi imzalanıb.

APA-nın Tehran bürosunun məlumatına görə, ikitərəfli münasibətlərin inkişafı üzrə strateji sənədi İran-Rusiya Müştərək İqtisadi Komissiyasında İran nümayəndə heyətinin rəhbəri Cavad Oci və Rusiya Baş nazirinin müavini Aleksandr Novak imzalayıb.

Bundan başqa İncəburun - Gərmsar dəmir yolu xətti layihəsinin elektrikləşdirilməsi üçün kredit müqaviləsi, səhiyyə sahəsində ikitərəfli əməkdaşlıq memorandumu və məhsul ötürmə boru kəmərlərinin EPC layihəsinin həyata keçirilməsi üçün əməkdaşlıq memorandumu iki ölkə arasında imzalanıb.