Noyabrın 2-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq artisti Sara Qədimovanın 100 illiyinə həsr olunmuş konsert təşkil olunacaq.
Konsertdə bədii rəhbər və baş dirijor Ağaverdi Paşayevin rəhbərliyi ilə Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının ifasında xanəndənin repertuarından mahnılar səsləndiriləcək. Konsertin musiqi rəhbəri Mahir Ordubadidir.