​Van Damm ekranlara qayıdır

​Van Damm ekranlara
21:30 01.11.2022
660 Maqazin
A- A+

Dünyaca məşhur amerikan aktyor Jan-Klod Van Damm "Silent Kill" döyüş filmində rol alacaq.

Layihənin ssenari müəllifi və rejissoru "Hellraiser 3: Hell on Earth" işi ilə tanınan Entoni Hikoksdur.

Film Konqoda xəzinələri gizlədən dörd muzdludan bəhs edir.

Ekran işində Vernon Davis, Rafael Amaya və Madalina Ghenea da çəkiləcək.

Jan-Klod Van Damm da Horam Moreka ilə birlikdə prodüser kimi fəaliyyət göstərəcək. Əsas çəkilişlər 2023-cü ilin əvvəlində başlayacaq.