Malayziyada 68 yaşlı kişi yuxusu sayəsində milyonçu olub.
Bu barədə "The Sun Daily" məlumat yayıb.
Belə ki, Malayziyada yaşayan 68 yaşlı kişi yuxusunda qarət olunduğunu görüb. Eyni zamanda o yuxuda 1592 и 4412 rəqəmlərini görüb və bu rəqəmlərdən lotereya oyununda istifadə etmək qərarına gəlib. Bu qərarı ona 22,8 milyon malayziya ringgiti qazandırıb.
Sözügedən şəxs məbləği övladları arasında bölmək fikrində olduğunu bildirib.
Qeyd edək ki, daha əvvəl Kanada sakini də 13 ayda iki dəfə lotereya cekpotu qazanıb və qalib olub.