​Bakının Binəqədi rayonunda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

​Bakının Binəqədi rayonunda nəqliyyatın hərəkəti
09:59 02.11.2022
261 Hadisə
A- A+

Bu gündən başlayaraq sabah saat 22:00-a qədər Bakının Binəqədi rayonunun "Baksol" yolunda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Məlumata görə, buna səbəb aparılacaq təmir işləridir.

Agentlik sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini xahiş edib.