Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Səudiyyə Ərəbistanını OPEC+ neft hasilatının azaldılmasını dəstəkləməməyə çağırıb.
Məlumata əsasən, Əmirliyin milli təhlükəsizlik müşaviri Şeyx Təhnun bin Zayed Əl Nəhyan Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla gizli görüşüb.
O, hasilatın azaldılmasına iqtisadi ehtiyac olmadığını bildirib və onu bu qərarı dəstəkləməkdən çəkindirməyə çalışıb.
Mənbə: The times of İsrael