Yunanıstanın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar nəticəsində rus turistlər bu yay Türkiyəyə üstünlük verib.
Bu barədə Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis estoniyalı həmkarı Kaja Kallas ilə Tallinndə keçirdiyi birgə mətbuat konfransı zamanı deyib.
Nazir, Ukraynada mülki əhalinin ölümü ilə nəticələnən infrastruktur obyektlərinə edilən hücumları pisləyib və Yunanıstanın rusiyalı turistlərin Avropa Birliyinə gəlməsinə qadağa qoyulmasını dəstəkləmədiyini bildirib:
“Biz turizm məkanı olaraq Aİ ilə bütün sanksiyalara qoşulmağın nəticələrini yaşadıq. Çünki bu yay Rusiyadan Yunanıstana praktiki olaraq heç kim gəlməyib, demək olar ki, səyahət etmək istəyən rusların hamısı Türkiyəyə gedib”.
Mənbə: Anadolu Ajansı