Şimali Koreya (KXDR) çərşənbə günü ən azı 10 müxtəlif növ raket buraxıb.
Hazırda raketin və buraxılışın detalları barədə məlumat yoxdur.
Bundan əvvəl isə, KXDR Yapon dənizinə doğru üç qısa mənzilli ballistik raket atıb.
Bildirilir ki, üç raketdən biri Seulun de-fakto sərhədi hesab etdiyi Koreya Respublikasının ərazi sularına yaxın yerə düşüb. Cənubi Koreyanın Qərargah Rəisləri Komitəsi bu cür hərəkətləri qəbuledilməz adlandırıb. Ölkə Prezidenti Yoon Seok-yeol Milli Təhlükəsizlik Şurasının iclasını çağırıb.
Mənbə: Japantimes.co