​Azərbaycanda ağır yol qəzası - ölən və yaralananlar var

​Azərbaycanda ağır yol qəzası -
11:15 02.11.2022
208 Hadisə
A- A+

Noyabrın 1-də saat 20 radələrində Yevlax rayonunun Malbinəsi kəndi ərazisində rayon sakinləri P.Məhərrəmovun idarə etdiyi “VAZ-2106” və S.Səfərovun idarə etdiyi “Nissan” markalı avtomobillər toqquşub.

Bu barədə DİN-in mətbuat xidmətindən bildirilib.

Nəticədə P.Məhərrəmovun sərnişini olan anası Həqiqət Məhərrəmova hadisə yerində ölüb, özü və 2 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Yevlax Rayon Polis Şöbəsində araşdırma aparılır.