“Hasta Encontrar” təşkilatının üzvləri Meksikanın mərkəzindəki Quanaxuato ştatının İrapuato şəhərində kisələrdə 52 insana aid qalıqlar tapıblar.
Hüquq-mühafizə orqanları hadisə ilə bağlı hələlik şərh verməyib.
Bundan əvvəl Quanaxuatonun doqquz bələdiyyəsində 370-dən çox insanın cəsədi tapılıb və onlardan 300-ə yaxınının şəxsiyyəti müəyyən edilib. Hesablamalara görə, 1964-cü ildən bəri Meksikada itkin düşənlərin sayı 100 mini keçib.
Məlumata görə, 2021-ci ildə Quanaxuatoda 3,5 mindən çox insan zorakılığın qurbanı olub. Bu, ölkə üzrə ölənlərin ümumi sayının 10%-dən çoxu deməkdir. Bu göstəriciyə görə region Meksikada birinci yeri tutub.
Ölkənin cənubundakı Yukatan əyalətində keçən il 42 qətl hadisəsi qeydə alınıb.
Mənbə Yahoo.com