Türkiyəli aktyor Rıza Akın dünyasını dəyişib.
65 yaşlı kino və teatr aktyoru səhər saatlarında vəfat edib.
Yaxınlarının məlumatına görə, Rıza ötən gün beyininə qan sızması nəticəsində keçinib.
Rıza Akın 1957-ci il sentyabrın 15-də Adanada dünyaya gəlib. Əslən Ərzincanlı olan aktyor fəaliyyətə başlamaq üçün Ankaraya köçür. Ankara Birlik Teatrında çalışmağa başlayıb.
Akın bu günə qədər bir çox film və serialda rol alıb. O "Sevmedim Deme", "Kalp Yarası", "Bir Adamın Hikayesi", "Aile Arasında", "Alev Alev" kimi reytinqli ekran işlərinə çəkilib.