Sumqayıt Dram Teatrının aktyorları əməkhaqlarının gecikməsindən şikayətçidirlər.
Aktyorlar bunun səbəbini teatrın rəhbərsiz qalması ilə əlaqələndirirlər.
Onlar bildiriblər ki, son 7 aya qədər maaşlarını normal şəkildə ala biliblər. Lakin 7 aydır direktor olmadığına görə əməkhaqları hər ay gecikir.
Teatrın aktyorları qarşılaşdıqları problemlə bağlı Mədəniyyət Nazirliyinə videomüraciət ünvanlayıblar.
Ətraflı BAKU.TV-nin süjetində:
Mənbə: BAKU.WS