Avstraliyanın Sidney şəhərindəki Taronqa zooparkında bir ana və dörd balası olmaqla beş şir qaçıb.
Şirlərin qaçdığı məlum olandan sonra zoopark səlahiyyətlilər tərəfindən dərhal bağlanıb.
Zooparkdan bildirilib ki, bütün şirlər bir neçə dəqiqə ərzində ələ keçirilib və balalardan birinə sakitləşdirici iynə vurulub. Onların tutulmasına baxmayaraq, zooparkın bu hissəsi bir müddət bağlı qalacaq və təhlükəsizlik tədbirlərinə yenidən baxılacaq.
Mənbə: Tgrthaber